Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.
XİN-in Mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.
L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.