"Suriyalılara humanitar yardım üçün 3,8 milyard dollar tələb olunur".
"Kommersant.az" xəbər verir ki, bu barədə BMT-nin Suriyaya yardım üzrə humanitar proqramının koordinatoru Əli əz-Zaatari təşkilatın mənzil qərargahındakı brifinq zamanı çıxışında bildirib. Onun sözlərinə görə, 12-13 milyon suriyalının həmin məbləğə ehtiyacı var:
"Münaqişədən əziyyət çəkən suriyalılara yardım üçün tələb olunan vəsaitin yalnız 1,4 milyardı (45%-i) toplanıb. 12-13 milyon suriyalıdan 6,2 milyonu məcburi köçkündür və əsasən Dəməşq və Aleppoda məskunlaşıblar. İraq və Sudandan olan qaçqınların da maddi yardıma ehtiyacı var".
Suriyanın bərpasına gəlincə, Əli əz-Zaatari bildirib ki hər şey baş verəcək hadisələrdən və proqramın maliyyələşməsindən asılıdır.