USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlon Mask cərimələnə bilər

05.10.2018 İqtisadiyyat
0 0
"Tesla" şirkətinin qurucusu İlon Mask ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının ittihamına gülməklə cavab verib.

"Kommersant.az" xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb:

"Demək istəyirəm ki, spekulyativ komissiya inanılmaz iş görür".

İ.Mask bu yolla "Tesla"nın səhmlərinə qarşı təzyiqə reaksiya göstərmiş olub.

Xatırladaq ki, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası bir neçə gün öncə məhkəməyə iddia təqdim edərək, İlon Maskı dələduzluqda ittiham etmişdi. Belə ki, komissiya şirkət rəhbərini səhmdarlarda çaşqınlıq yaratmaqda günahlandırıb. Deyilənlər sübutunu tapsa, iş adamı öz postundan istefa edərək, 20 milyon dollar cərimə ödəməlidir.