USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Misirə birbaşa reys açılacaq

05.10.2018 İqtisadiyyat
0 0
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2018-2019 qış mövsümündə Bakı - Şarm əş-Şeyx (Misir) marşrutu üzrə çarter reyslərinə başlayacaq.

"Kommersant.az" xəbər verir ki, uçuşlar 2018-ci il noyabrın 8-dən 2019-cu ilin mayın 16-dək nəzərdə tutulub.

Uçuşlar həftədə bir dəfə olmaqla cümə axşamı günləri həyata keçiriləcək.

Təyyarə Bakıdan yerli vaxtla saat 10:00-da havaya qalxacaq və saat 12:10-da Şarm əş-Şeyxə enəcək. Şarm əş-Şeyxdən uçuş isə yerli vaxtla saat 13:10-da həyata keçirilməklə Bakıya eniş saat 18:40-da olacaq.

Qeyd edək ki, Şarm əş-Şeyxin Sharm el Sheikh International Airport beynəlxalq hava limanı turistlərə aeroporta çatdıqdan sonra viza almaq imkanı təmin edir.