"Tesla"nın səhmləri İlon Maskın növbəti bəyanatından sonra ucuzlaşıb.
"Kommersant.az" xəbər verir ki, şirkətin səhmləri İlon Maskın ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının ittihamına cavabından sonra 7% dəyər itirib. Xatırladaq ki, o, Komissiyanın iddialarına "Twitter" hesabında bu şəkildə cavab vermişdi:
"Demək istəyirəm ki, spekulyativ komissiya inanılmaz iş görür".
Qeyd edək ki, İ.Maskla ilə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası arasında mübahisə isə şirkət rəhbərinin Teslanı özəl quruma çevirməklə bağlı bəyanatı ilə yaranmışdı. Lakin sonradan Maskın fikrindən daşınması birjalarda səhmlərin 12%-dək ucuzlaşmasına səbəb olmuşdu. Mask isə 20 milyon dollar məbləğində cərimələnmişdi. Ancaq "Tesla"nın da eyni məbləği ödəməli olduğu bildirilir. ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası şirkət rəhbərini birjalarda çaşqınlıq yaratmaqda ittiham edərək, bir neçə gün öncə məhkəməyə müraciət edib. Mask isə ona qarşı irəli sürülən ittihamları əsassız hesab edir.