Araşdırma internetin 15%-ni onun mənimsədiyini göstərir.
"Kommersant.az" xəbər verir ki, dünyanın internet trafikinin 15%-nin "Netflix" tərəfindən mənimsənildiyini göstərir. Belə ki, hər ötən gün internetdə video platformaları insanların əsas məlumat qaynağı halına gəlir.
Bu barədə məlumatı Kanadanın "Sandvine" şirkəti araşdırma nəticəsində sübuta yetirib. Platformalar içərisində ən böyük pay sahibi "Netflix", onun ardından isə "Youtube" hesab olunur. Buna görə də, sözügedən şirkətlər "internet yeyicisi" adını alıblar.
Araşdırma göstərir ki, zənn edilənin əksinə olaraq sosial şəbəkələr bu bölgüdə cəmi 5,10% yer tutur.