"BMW Mini Countryman F60" seriyalı 467 avtomobili Rusiyadan geri çağırır.
"Kommersant.az" xəbər verir ki, nəqliyyat vasitələrinin geri çağırılmasının səbəbi yüksək təzyiqli nasos üçün qoruyucu örtüyün olmamasıdır. Həmin avtomobillərin alışma ehtimalı yüksəkdir. Geri çağırılacaq nəqliyyat vasitələri "VIN" kodları ilə təchiz olunmuş, 2017-ci ilin yanvarından 2018-ci ilə qədər olan satılmış avtomobillər olacaq.