"İran Rusiya ilə ödənişlərin milli valyutalardakı məbləğini artırmaq niyyətindədir".
"Kommersant.az" xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti "RİA Novosti"yə açıqlamasında bildirib:
"Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüş keçirdik və milli valyutalar ilə hesablaşmaların artırılması ilə bağlı yüksək nəticələr əldə etdik. Hazırda İranla Rusiya arasında hesablaşmaların 30%-i milli valyutalarda həyata keçirilir. Ümid edirəm ki, bu göstərici günbəgün artacaq".
Əbdülnasir Hemməti eyni zamanda qeyd edib ki, Türkiyə ilə də bu istiqamətdə nəticələr əldə olunacağına inanır.