ABŞ salmonella virusuna görə 16 min 250 kq mal ətinin farşını geri çağırıb.
"Kommersant.az" xəbər verir ki, ABŞ Qida Təhlükəsizliyi və Təftiş Xidmətlərinin məlumatına görə, ABŞ-ın 16 ştatında 57 nəfər adı çəkilən virusa yoluxub. Geri çağırılan farş arasında "JBS Tolleson" şirkətinin də məhsulları var. Həmin məhsullar bu ilin 26 iyul - 7 sentyabr tarixlərində qablaşdırılıb.
Qeyd edək ki, salmonella ən çox yayılan qida mənşəli yoluxucu xəstəliklərdən biridir. Onun simptomları isə diareya, mədə ağrıları və bişirilmiş məhsulun istifadəsindən sonrakı 12-71 saat müddətində hərarətin artmasıdır.