Rusiyalı iş adamı Oleq Deripaskanın ABŞ-dakı aktivləri dondurulub.
"Kommersant.az", "The New York Post"a istinadla xəbər verir ki, siyahıya eyni zamanda biznesmenin bu il 42,5 milyon dollara aldığı malikanə də daxildir. Məlumata görə, ABŞ hökuməti biznesmenlə onun Avropada aktivlərlə əməliyyatlardan imtina etməsi və sanksiyalar altına düşməməsi üçün danışıqlar aparır.
Qeyd edək ki, Oleq Deripaskanın "Rusal" şirkəti bu ilin aprelində ABŞ-ın sanksiyalarına məruz qalıb. Bir müddət əvvəl isə biznesmenin sanksiyaların götürülməsi ilə bağlı ABŞ-la müsbət nəticə əldə etdiyi haqqında xəbər yayılmışdı.