Rusiyanın ən az və ən çox maaş verilən şəhərlərinin reytinqi tərtib olunub.
"Kommersant.az" xəbər verir ki, Rostov vilayətinin Şaxtı şəhərində əmək haqqı aylıq tələbatı təmin etməyə güclə çatırsa, Cənubi Saxalində isə maaşlar ora ilə müqayisədə 4 dəfə çoxdur.
Moskva, Salexard, Surqut, Cənubi Saxalin və Xantı-Mansiysk şəhərlərinin sakinləri orta hesabla ən yüksək maaş alırlar. Ən aşağı əmək haqqını isə Rostov vilayətinin Şaxtı şəhərinin, Sevastopol, Nalçik, Mahaçkala və Çerkeskin sakinləri alır. Məsələn, 2018-ci ilin ilk yarısında Cənubi Saxalin sakinlərinin orta aylıq maaşı 1225.5 ABŞ dolları təşkil edib. Moskva isə Rusiya üzrə ən yüksək əmək haqqına görə reytinqin 5-ci pilləsində qərarlaşıb.
Rostov vilayətinin Şaxtı şəhərində isə orta aylıq əmək haqqı 198 ABŞ dollarıdır.
Ümumrusiya göstəricilərinə görə isə, ruslar pula qənaət edirlər və kreditə inamları aşağı səviyyədədir.