"Kommersant.az" xəbər verir ki, "Fitch Ratings" ABŞ və Çin savaşının gələcək 18 ay içərisində inkişaf etmiş ölkələrin iqtisadiyyatına zərbə vuracağını bildirib.
Beynəlxalq kredit dərəcələndirmə agentliyi "Fitch Ratings" açıqlamasında xüsusən Asiya ölkələri üçün mənfi proqnozlar verib. Belə ki, məlumatda ABŞ – Çin ticarət savaşında sülh bağlanmayacağı təqdirdə sözügedən ərazidə mövcud olan ölkələrin indidən iqtisadiyyatlarını gücləndirmələri, güclü investorlar tapmaları üçün xəbərdarlıq edilib.