"Mazda" Rusiyadan 20 mindən çox avtomobili geri çağırır.
"Kommersant.az" xəbər verir ki, buna səbəb təhlükəsizlik yastıqlarında yaranan problemdir. Geri çağırılacaq nəqliyyat vasitələri 2002-2008-ci illərdə satılan "Mazda 6" seriyasına daxildir.
Təhlükəsizlik yastıqlarının bərpası isə avtomobil sahiblərinə pulsuz başa gələcək.