İsrail hökuməti 2030-cu ilə qədər benzin və dizel yanacağı ilə işləyən avtomobil idxalını qadağan etməyi planlaşdırır.
"Kommersant.az" xəbər verir ki, 2035-ci ildə ölkədəki bütün şəxsi avtomobilləri elektrikli nəqliyyat vasitələri əvəz edəcək. Bu barədə ölkənin energetika naziri Yuval Ştayniç mətbuat konfransı zamanı açıqlamasında bildirib:
"2030-cu ilə qədər havanın çirklənməsi 60%-ə dək azaldılacaq. Bu yolla səhiyyəyə ayrılacaq pula da qənaət edilmiş olacaq".
Proqnoza görə, yeni plan çərçivəsində İsraildə elektrik avtomobillərin sayı 250 minə çatacaq.
Qeyd edək ki, İsraildə hazırda 700 elektrik avtomobil var.