"Kommersant.az" xəbər verir ki, Türkiyədə bağdan 3 – 4 manata alınan fıstıq bazarlarda 19 – 20, marketlərdə isə 30 – 40 manata satılır.
İllərdir fıstıq alış-verişi ilə məşğul olan satıcılar fistığın qiymətində bu qədər artımı ilk dəfə gördüklərini deyirlər. Mütəxəssislər isə qiymət artımını satılan fıstığın dünya səviyyəsində satışa çıxarılması, dünya iqtisadiyyatının isə ağır dövr yaşaması və ard-arda baş verən devalvasiyalardan təsirləndiyini bildiriblər.