Rusiyanın Tümen vilayətinin ən iri kənd təsərrüfatı müəssisələrindən olan “KriMM aqrofirması” MMC bu il Azərbaycana ilk kartof partiyasını tədarük edib.
"Kommersant.az" -ın məlumatına görə, artıq 6 vaqon kartof Azərbaycana yola salınıb.
Yükün ümumi həcmi 372 ton təşkil edir.
Qeyd olunur ki, göndərilməmişdən əvvəl məhsul karantin nəzarətindən keçirilib və ekspertiza nəticəsində karantin obyektləri aşkar olunmayıb.