Avropa İttifaqı birdəfəlik qabların istifadəsini qadağan edə bilər.
"Kommersant.az" xəbər verir ki, Avropa Parlamentinin ətraf mühit üzrə Komitəsi plastik məhsulların, eyni zamanda birdəfəlik qabların istifadəsinə qadağa qoyulmasını dəstəkləyib. Məlumata görə, plastik boşqablar, bıçaq və digər məhsullar dənizin 70%-nin çirklənməsinə səbəb olur. Həmin məhsulların isə 2021-ci ildən etibarən Aİ bazarında qadağası planlaşdırılır.
Təklif Avropa Parlamentinin 22-25 oktyabrda keçiriləcək plenar iclasında müzakirə olunacaq.