2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 26,2 milyard manata bərabər olub.
"Kommersant.az" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu ilin 9 ayı üzrə pərakəndə ticarət dövriyyəsi haqqında yayımladığı hesabatında yer alıb. Məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 13133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1% və 3,3% üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları
Satışdan gəlir, milyon manatla
2017-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi
26 158,1
102,7
o cümlədən:
ərzaq məhsulları
12 013,5
102,2
içkilər və tütün məmulatları
1 120,4
101,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar
4 759,2
103,4
elektrik malları və mebellər
1 632,9
102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları
192,7
102,1
əczaçılıq və tibbi mallar
349,7
102,4
avtomobil yanacağı
1 485,2
101,9
digər qeyri-ərzaq məhsulları
4 604,5
103,8
Hesabat dövründə alıcıların son istehlak məqsədi ilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.