"Kommersant.az" xəbər verir ki, növbəti ay Trump adminstrasiyası İranın energetika sektoruna qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Buna baxmayaraq İran 80 milyonluq əhalisinin həyati zərurətlərini ödəmək üçün heç bir addım atmır.
Nəzərə alsaq ki, İran xərclərinin böyük əksəriyyəti neft ixracından gəlir, hökumətin qəti addımlar atması artıq şərtdir. Mütəxəssislər isə hesab edir ki, ABŞ-la danışıqlar ancaq o halda aparıla bilər ki, İran olunacaq bütün sanksiyalara qarşı ayaqda dura biləcəyini sübuta yetirsin. Bunun üçün isə artıq kreativ addımlar atılması gözlənilir.