USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ödəmələri dayandırıb AB-dən çıxmaq lazımdır" - JİRİNOVSKİ

12.10.2018 İqtisadiyyat
0 0
Vladimir Jirinovski bildirib ki, Rusiya cari il Avropa Şurasının büdcəsinə lazımi məbləğin bir hissəsini ödəyib.

"Kommersant.az" xəbər verir ki, LDPR Liberal Demokrat partiyasının lideri və Dövlət Dumasının deputatı V. Jirinovski Rusiya hökumətini Avropa Birliyindən çıxmağa səsləyib. O, Dövlət Dumasının plenar iclası zamanı çıxışında bildirib:

"Biz artıq ödəmələrimizin bir hissəsini dondurmuşuq. Ancaq bu azdır. 2018-ci ildə 11 milyon avro ödəyirik. Ödəmələri dayandırmaq və AB-dən çıxmaq lazımdır".

Xatırladaq ki, bundan əvvəl xəbər yayılmışdı ki, Rusiya 2019-cu ilin ortalarına qədər tələb olunan məbləği ödəməsə, Avropa Şurasının qanunverici orqanlarının iştirakçılarının siyahısından çıxarıla bilər.

Rusiya Dövlət Dumasının xarici əlaqələr üzrə Komitəsinin nümayəndəsi Leonid Sluski isə açıqlama verərək bildirmişdi ki, ölkə Avropa Birliyində üzvlüyünün saxlanılması barəsində düşünməlidir.