USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ ordusu əsgər axtarır

12.10.2018 İqtisadiyyat
0 0
ABŞ-da piylənməni terror təhlükəsi ilə müqayisə ediblər.

"Kommersant.az" xəbər verir ki, Hərbi Xidmətə Çağırış üzrə Xidmət rəhbəri general-mayor Frenk Mut bildirib ki, orduya çağırış zamanı yaranan problemlərin əskəriyyəti piylənmə ilə bağlı olur:

"Onların çoxu cənub ştatlarındandır. Belə hərbçilərin isə nizam-intizamla bağlı daim problemləri olur, hərbi polisin diqqət obyektinə çevrilirlər".

Ordu ekspertlərinin fikrincə, piylənmə problemi gələcəkdə quru qoşunları və donanmada kadr çatışmazlığına səbəb ola bilər. Problemin aradan qaldırılması üçün isə bildirilir ki, məktəblərdə idman dərslərinə xüsusi diqqət yetirilməlidir.