Ən ucuz kirayə mənzil bazarı şəhərinin adı açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin üçüncü kvartalında Rusiyanın əksər şəhərlərində kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb. Ən çox bahalaşma Moskvada, ən az qiymət artımı isə Maqnitoqorskda müşahidə edilib. İri şəhərlərdə 1 otaqlı mənzillərin aylıq kirayə qiyməti 176 dollar olub. Maksimal qiymətlər Moskva, Soçi və Sankt-Peterburqda qeydə alınıb-331-500 dollar.
Maqnitoqorskda isə 1 otaqlı mənzilin aylıq kirayə haqqı 100 dollar təşkil edib. İkinci və üçüncü yerlərdə isə Çeboksar və Kursk gəlir-105-106 dollar.