"Kommersant.az"ın məlumatına görə, İspaniya onkoloqları hesab edir ki, xəstəliyin diaqnostikasını adi su vasitəsilə təyin etmək mümkündür. Tədqiqatçılar müəyyənləşdirib ki, Tn antigenlərinin iki növü təsirə məruz qalmış toxumaların aşkar olunması üçün tamamilə etibarlı biomarker rolunu oynayır.
Onkoloqların fikrincə, su ilə qarşılıqlə əlaqədə olan Tn antigenləri reaksiyaya girir. Nəticədə treonin sərt, hidroksi amin turşusu ilə əlaqəli antigen isə əksinə, yumşaq forma alır. Bu üsul isə təkcə xəstəliyi aşkarlamağa deyil, eyni zamanda xərçəngin inkişaf mərhələsini dəqiq müəyyən etməyə imkan verir.