Dünya birjalarında "Brent" markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin 1 barelə görə qiyməti 0,37 dollar və ya 0,52 % bahalaşaraq 71,34 dollar olub.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri də 0,17 dollar və ya 0,21% artaraq 80,43 dollar təşkil edib