Almaniyada 2,3%-lik inflyasiya, 7 ilin ən yüksək göstəricisi olaraq tarixə düşdü.
"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, Almaniya Federal Statistika Komitəsinin yayımladığı son göstəricilərə görə, Almaniyada inflyasiya sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%-ə çatıb. Avropa Mərkəzi Bankının (ECB) bütün avro-zona üçün hədəflədiyi 2%-i üstələyən illik inflyasiya, 2011-ci ilin noyabr ayından sonra ilk dəfə bu qədər yüksələrək tarixə düşüb. Qeyd edək ki, həmin tarixdə inflyasiya 2,4% idi.
Səbəb
Enerji məhsullarının qiymətlərindəki "inkişaf", əvvəlki aylarda olduğu kimi inflyasiya faizlərinə əsas təsir edən amillərdən olub. Belə ki, bu məhsulların qiymətləri, 2017-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7 dəfə bahalaşıb.
Enerji qiymətləri hesablanmasa, Almaniyada ötən ay illik inflyasiya 1,6% idi. Ölkədə qida məhsullarının qiymətləri də, ötən ilin sentyabr ayına görə 2,8 dəfə bahalaşıb. Eyni zamanda spirtli içki və tütün məhsullarının qiymətləri də 3,4 dəfə artıb.