"Kommersant.az" xəbər verir ki, "TripAdvisor" portalının keçirdiyi sorğunun nəticələrinə əsasən, Parisdə yerləşən "Orse" muzeyi "Top 25"ə liderlik edir. Qeyd edək ki, həmin muzeydə Avropanın ən böyük sənət kolleksiyaları və 19-20-ci əsrlərə aid heykəllər saxlanılır.
Reytinqin ikinci pilləsində isə 2001-ci il 11 sentyabr terrorunun qurbanlarının xatirəsinə həsr olunmuş Milli memorial və yaddaş muzeyi "9/11" qərarlaşıb. Sıralamanın üçüncü pilləsində Nyu-Yorkda yerləşən "Metropoliten-muzey" gəlir. Reytinqdə eyni zamanda "Britaniya muzeyi", Madriddə yerləşən "Prado muzeyi", "Afina Akropolu", "Luvr" muzeyi, Yeni Orleanda yerləşən "Milli muzey", Meksikada yerləşən "Antropologiya muzeyi" və Vyetnamda yerləşən Xoşimin müharibəsində həlak olanların abidəsinə həsr olunmuş muzey də yer alıb.
Sankt-Peterburqda yerləşən "Ermitaj" muzeyi isə reytinqin 15-ci pilləsində qərarlaşıb.