Daha bir ABŞ iş adamı Səudiyyə Ərəbistanına getməkdən imtina edib.
"Kommersant.az" xəbər verir ki, "JPMorgan Chase & Co"nun rəhbəri Ceyms Daymon Ər-Riyadda keçiriləcək "Future Investment Initiative 2018" beynəlxalq konfransına (23-25 oktyabr) getməkdən imtina edib.
Məlumata görə, iri şirkət rəhbərləri və investorlar konfransa dəvətdən jurnalist Camal Qaşıqçının itkin düşməsi məsələsinə görə imtina ediblər. Türkiyə mediasının yaydığı xəbərlərə görə, jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib, C.Qaşıqçının ölüm anı isə "Apple Watcha" yazılıb.
Böyük Britaniya, Almaniya və Fransa hökuməti jurnalistin itkin düşməsinin araşdırılmasını tələb edib. ABŞ prezidenti Donald Tramp isə Səudiyyə Ərəbistanına "ağır cəza" verəcəyini bildirib.