USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AFB Bankın əməliyyat mənfəəti 59% azaldı - HESABAT

09.05.2018 İqtisadiyyat
0 0
AFB Bankın aktivləri azalıb. Bu ilin 3 ayında bankın aktivləri 494 milyon 62 min manatdan 466 milyon 208 min manata düşüb. Bunun 171 milyonu müştərilərə verilən xalis kreditlərdir.

Depozit portfeli: faizsiz, tələbli

"Kommersant.Az" bildirir ki, hesabata əsasən, bankın depozit portfeli 249 milyon 467 min manatdır. AFB Bank Gilan Holdinqə məxsus şirkətlərə xidmət göstərdiyindən bankda fiziki şəxslərin müddətli depozitləri çox kiçik bir paya malikdir. Belə ki, bankın mövcud depozit portfelinin 218 milyon 668 min manatı hüquqi şəxslərin faizsiz tələbli depozitləridir. Banka fiziki şəxslər cəmi 7 milyon 167 min manat həcmində depozit qoyublar. Bankın cəmi öhdəliyi isə 394 milyon 275 min manatdır.

30 milyondan 2 milyona saldı

AFB Bankın faiz gəlirləri 10 milyon 385 min manatdır. Bunun 5 milyon 599 min manatı kreditlərdən toplanan faizlərdir. Bu məbləğin də 848 min manatı faizlərlə bağlı xərclərə yönəldilib. Depozitlər üzrə faizlərə cəmi 45 min manat xərclənib. Beləliklə, bankın xalis faiz gəliri 9 milyon 537 min manat təşkil edir.
Qeyri- faiz gəlirləri 2 milyon 214 min manat olub. Bunun 783 mini komissiyon gəliri, 752 min manatı xarici valyuta ticarəti üzrə gəlirdir. Bankın qeyri- faiz xərcləri isə 4 milyon 50 min manat təşkil edir. Bunun 2 milyon 34 min manatı əmək haqqı və kompensasiyalara xərclənib. Bu ilin birinci rübündə bankın əməliyyat mənfəəti 7 milyon 701 manatdır. Bunun 2 milyon 509 min manatı aktivlər üzrə zərərin ödənilməsi üçün ehtiyata ayrılıb. Halbu ki, 2017-ci ilin sonunda ehtiyata ayırmalar 30 milyon 6 min manat təşkil edirdi. Beləliklə bankın xalis mənfəəti 5 milyon 191 min manat olub.

17-dən 7-yə...

Qeyd edək ki, 2017-ci ilin yekununda "AFB Bank"ın cəmi gəlirləri 36 milyon 196 min manat, o cümlədən faiz gəlirləri 24 milyon 674 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 17 milyon 820 min manat əməliyyat mənfəəti qalmışdı. Göründüyü kimi, bu ilin 3 ayında əməliyyat mənfəəti 59% (10 milyon manat) azalaraq 7 milyon 701 manata düşüb.
Xatırladaq ki, bankın ötən ildən qalma 5 milyon 675 min manat da zərəri var.


99,64% "Gilan"ın bankı
Bankın nizamnamə kapitalı dəyişməyərək 70 milyon 393 min manat qalıb, cəmi kapitalı isə 66 milyon 546 min manatdan 71 milyon 933 min manata yüksəlib. "AFB Bank"ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.

  • Əvvəlki

    Yeni Çin möcüzəsi: Nə üçün "Xiaomi" 100 milyard dollar ola bilər

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0