USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Min vakant yerə 312 nəfər göndərilib - ƏMƏK YARMARKASI

15.10.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay Göyçay, Tərtər, Yevlax, Kürdəmir, Samux rayonlarında və Mingəçevir şəhərində əmək yarmarkaları keçirilib.

"Kommersant.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yarmarkalarda 173 müəssisə üzrə 1000-ə yaxın vakant iş yeri təqdim edilib, 312 nəfər işaxtaran və işsiz vətəndaşa peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib. Peşə bacarığına uyğun iş tapmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Eyni zamanda, bu ay Dövlət Məşğulluq Xidməti paytaxtın Səbail rayonunun "20-ci sahə", Suraxanı rayonunun Əmircan və Qaradağ rayonunun Müşfiqabad qəsəbələrində səyyar əmək birjaları təşkil edib. Dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilib, 70 müəssisə üzrə 355 vakansiya təklif edilib. 40 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib, 15 nəfərin peşə hazırlığı kurslarına, potensialları nəzərə alınmaqla 30 nəfərin özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılıb.