Moskva sakinləri arasında ən məşhur nəqliyyat tətbiqlərinin adları açıqlanıb.
"Kommersant.az"ın məlumatına görə, Moskvanın nəqliyyat və yol şəbəkəsinin inkişafı şöbəsinin müdiri Maksim Liksutov bildirib ki, 2012-ci ildə ilk servisin istifadəyə verilməsindən bu günədək 6 milyondan çox nəqliyyat tətbiqi yüklənib:
"Sərnişin xidmətləri, şəhər nəqliyyatını əlçatan və rahat edir. Tətbiqlər vasitəsilə sərnişinlər operativ şəkildə nəqliyyatın işi, yeni marşrut xətlərinin açılması və yol hərəkəti agentliyində baş verən dəyişikliklər barəsində məlumat əldə edir".
Ən çox yüklənən tətbiq isə "Parkovki Moskvı" olub - 2,7 milyon dəfə. İkinci yerdə "Metro Moskvı", üçüncü yerdə isə "Aeroekspress" yer alır.
Hazırda, moskvalılar və şəhərin qonaqları üçün nəqliyyat haqqında 20-dən artıq mobil tətbiq xidmət göstərir. Onların arasında "Mosqorpass", "Mosqortrans", "Velobayk" var.