USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 rayon sakini 2 min manat cərimələndi - SƏBƏB

15.10.2018 İqtisadiyyat
0 0
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.

Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı "Qırmızı kitab"a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin
götürülüb.

Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyən edilib.

Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.