HTC (Yüksək Texnologiyalı Kompüter Korporasiyası), blokçeyn-smartfonun təqdimat tarixini açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, "Exodus", 22 oktyabrda təqdim olunacaq. Onun üstünlükləri isə kriptovalyuta üçün quraşdırılmış cüzdanlar, mərkəzləşdirilmiş proqram paketi və qabaqcıl təhlükəsizlik sistemindən ibarət olacaq.
Smartfonun xarakteristikası açıqlanmır. Onun "OC Android" və "Snapdragon 845" flaqman prosessorunda işləyəcəyi gözlənilir.