İran ABŞ sanksiyalarına baxmayaraq yeni neft ixracatçıları tapıb.
"Kommersant.az" xəbər verir ki, İranın vitse-prezidenti açıqlama verərək ölkənin yeni "qara qızıl" ixracatçıları tapdığını bildirib. Belə ki, yayılan xəbərə görə, İran neftini Amerikanın sanksiyalarına baxmayaraq almaq istəyən tərəfdaşlar tapılıb.
Vitse-prezidentin sözlərinə görə, İranla əməkdaşlıqdan imtina etmiş şirkətlər belə hazırda rəsmi Tehranla əlaqə yaratmağın yollarını axtarır.