Rusiyanın ən çox tikili olan ərazilərinin adları açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, Rusiya Federasiyası Dövlət Statistika Federal Xidmətinin məlumatına əsasən, 2017-ci ilin iyunundan 2018-ci ilin iyununadək ən çox tikili Leninqrad vilayətində qeydə alınıb. Vilayətdə adambaşına düşən tikintinin həcmi orta hesabla 1,5 kvadratmetr. Reytinqin ikinci pilləsində Moskva vilayəti qərarlaşıb. Burada isə adambaşına 1,3 kvadratmetr ərazi düşür. Kalininqrad vilayətində isə adambaşına tikinti 1,01 kvadratmetrdir.
Top 10-luğa Tümen, Lipetsk, Belqorod, Kalujski, Tambov, Ulyanovs vilayətləri və Çeçenistan Respublikası da daxil olub. Ən az daşınmaz əmlak isə Maqadan, Murmansk vikayətləri və Çukot yarımadası ətrafı ərazilərdə qeydə alınıb-0,1 kvadratmetr.