USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ağlamaq kursları" açılıb

16.10.2018 İqtisadiyyat
0 0
Yaponiyada "ağlamaq dərsləri" keçirilir.

"Kommersant.az" xəbər verir ki, məktəblərdə və şirkətlərdə məşhurluq qazanan "ağlamaq dərsləri" stress atmaq məqsədi ilə keçilir. Ekspertlərin fikrincə, bu, gərginlikdən özünümüdafiə üsuludur.

Əvvəllər pedaqoq işləmiş Xidefumi Yoşida özünü "göz yaşları müəllimi" adlandırır və təlimlər zamanı prosesin faydasından danışır. Onun fikrincə ağlamaq, gülmək və yatmaqla müqayisədə istirahət üçün daha effektiv üsuldur. Yoşidanın sözlərinə görə, göz yaşlarını stimullaşdırmaq üçün əsas vasitələr sentimental filmlər, qəmli musiqi və ruhlandırıcı kitablardır. O, təlimləri əsasən Osaka şəhərində keçirir.

Qeyd edək ki, 2015-ci ildə Yaponiyada qəbul edilmiş qanuna əsasən, işçi personalı 50-dən artıq olan şirkətlər öz heyəti üçün stress testi keçirməlidir.