USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Audi" cərimələndi - 1,5 MİLYARD MANAT

16.10.2018 İqtisadiyyat
0 0
"Audi", 800 milyon avro (1 milyard 573 milyon 840 min manat) cərimə ödəməli olacaq.

"Kommersant.az" xəbər verir ki, "Volkswagen" qrupuna daxil olan avtokonsernin, dizel mühərrikli avtomobillərinin ətraf mühiti çirkləndirdiyinə görə Almaniyaya 800 milyon avro ödəməli olduğu bildirilir:

"Münhen prokurorluğu "Audi" barəsində qərar qəbul edib. Söhbət "V6" və "V8" dizel mühərrikli avtomobillərdən gedir. Cərimənin ödənilməsi şirkətin maliyyə göstəricilərinə sözsüz ki, öz təsirini göstərəcək", - "Volkswagen"in saytında yazılıb.

Qeyd edək ki, "Audi" bundan əvvəl ABŞ-da da oxşar halla qarşılaşmışdı. ABŞ hökuməti şirkətdən ölkədə 2009-2015-ci illərdə satılmış 482 min "Volkswagen" və "Audi" markalı avtomobili geri çağırmağı tələb etmişdi. Bu ilin aprelində isə "Volkswagen", həmin avtomobilləri alaraq, sürücülərə kompensasiya ödəyib.

  • Əvvəlki

    Qaz hasilatı artıb - HESABAT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0