USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən çox siqaret çəkən ölkələri

16.10.2018 İqtisadiyyat
0 0
Siqaretə qarşı aparılan mübarizə heç bir nəticə vermir.

"Kommersant.az" xəbər verir ki, dünya siqaretə qarşı mübarizəni hər ötən gün gücləndirir. Bununla belə tütünlə mübarizə istənilən nəticəni vermir. Rusiya səhiyyə nazirliyindən verilən açıqlamaya görə dünyanın ən çox siqaret çəkən ölkələri arasında ilk yerdə olan ölkə hazırda siqaretlə mübarizə edən ilk ölkə kimi siyahıdadır.

Dünyanın ən çox siqaret çəkən ölkələrinin siyahısını sizə təqdim edirik:

10) Çernoqoriya – il ərzində adambaşına düşən siqaret miqdarı 2157-dir. Üstəlik, ölkədə siqaret qadağası yalnız qapalı məkanlarda deyil, çox insan olan yerlərdə də tətbiq olunur;

9) Belorusiya – adambaşına 2266 qutu siqaret çəkilir. Qeyd edək ki, son 10 ildə burada tütün istehlakı 26% azalıb;

8) Bosniya və Hersoqovina – adambaşı 2278 qutu çəkilir. Mübarizəyə baxmayaraq dövlət ölkədə tütünə olan tələbatı azalda bilmir;

7) Sloveniya – adambaşına 2369 qutu çəkilir. Sloveniyada ictimai yerlərdə və iş yerlərində siqaret qadağan olunub;

6) Ukrayna – adambaşına 2401 qutu siqaret çəkilir. Əvvəlcə təhsil və tibbi müəssisələrdə siqaret qadağası tətbiq olunsa da, hazırda ölkədə ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

5) Moldova – adambaşına 2479 qutu siqaret çəkilir. Qadağaya əsasən isə 4 nəfərdən artıq insan olan yerlərdə siqaret çəkilməsinə icazə verilmir.

4) Rusiya – adambaşı 2786 qutu siqaret çəkilir. İctimai yer qadağası olmasa da, hər yerdə siqaretin zərərlərinə dair xəbərdarlıqlar edilir.

3) Yunanıstan – adambaşına 2795 qutu siqaret çəkilir. Avropa Birliyinin ən çox siqaret çəkən ölkəsidir. Ölkədə artıq siqaret qadağasına məhəl qoyan yoxdur.

2) Bolqarıstan – adambaşına 2822 qutu siqaret çəkilir. Qadağalar və xəbərdarlıqlar isə işə yaramır.

1) Serbiya – adambaşına 2861 qutu siqaret çəkilir. Dünyanın ən çox siqaret çəkilən ölkəsi olan Serbiyada əhalinin 33,6% - i tütün istifadəçisidir.