Dövlət Statistika Komitəsindən "Kommersant.Az"a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 373,88 min kv.m Gips və ya onun qarışıqları əsasında məmulatlar idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 771,98 min kv.m idi.
2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 858,95 min kv.m ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 0,15 min kv.m ixrac edilib.
Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 784,81 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 1.368,54 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 931,69 min ABŞ dolları, 2016-cı ildə isə 0,18 min ABŞ dolları olmuşdur.
Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 51% -dən çox, dəyəri 42% -dən çox azalıb, ixrac çəkisi 5726 dəfədən çox, dəyəri isə 5176 dəfədən çox artmışdır .