USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yoxsullar günə nə qədər qazanır?

17.10.2018 İqtisadiyyat
0 0
Dünya Bankı gün ərzində neçə nəfərin 5,5 dollardan da az qazandığını araşdırıb.

"Kommersant.az"ın məlumatına görə, Dünya Bankı, Ümumdünya Yoxsulluqla mübarizə günü, yəni bu gün 2015-ci il üzrə yoxsulluq səviyyəsi ilə bağlı hesabat təqdim edib. Araşdırma nəticəsində məlum olub ki, Yer kürəsinin 46%-i, yaxud 3,4 milyard nəfəri gün ərzində 5,5 dollardan da az pul qazanır:

"1,9 milyarddan çox, yaxud 26,2% dünya əhalisi 2015-ci ildə gün ərzində 3,2 dollar qazanıb. 46% əhali üçün isə bu göstərici 5,5 milyard dollar təşkil edib".

Dünya Bankının hesabatında eyni zamanda bildirilir ki, yoxsulluqla mübarizədə Şərqi Asiya və Sakit Okean Regionu ölkələri yüksək nəticələr əldə edib. Orada yoxsul əhalinin 40%-nin gəlirləri 2010-2015-ci illərdə orta hesabla 4,7% təşkil edib. Avropa və Mərkəzi Asiya ölkələrində isə yoxsul əhalinin gəlirləri azalıb.

Latın Amerikası ölkələrində isə əhalinin 11%-i gün ərzində 3,2 dollar, 26%-i isə 5,5 dollar qazanır. Cənubi Asiya əhalisinin 80%-nin günlük qazancı 2015-ci ildə 5,5 dollar təşkil edib.