USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda adam başına düşən ÜDM 6 min manata çatıb - RƏQƏMƏ GÖRƏ ÜZR İSTƏYİRİK

17.10.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 57 milyon 762 min manata çatıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1%, neft sektorunda isə 0,5% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələrinin hər birində əlavə dəyər istehsalı 7,7%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,3%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7%, sənayedə 1,6%, digər xidmət sahələrində 0,4% artıb, tikintidə isə 15,9% azalıb.

ÜDM-in 45,9%-i sənayedə, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,3%-i tikintidə, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 14,4%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,9%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 889 manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 740 manat çoxdur. Qısacası bu yazını verməyi özümüzə borc bildik. Amma oxucularımızdan bu rəqəmə görə üzr istəyirik.

  • Əvvəlki

    Azərbaycanda əhalinin sayı açıqlandı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0