Rusiya, ABŞ qiymətli kağızlarına investisiyaları azaldıb.
"Kommersant.az" xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin məlumatlarına əsasən, Rusiya bu ilin avqustunda ABŞ istiqrazlarına yatırımı 14 milyard dollara qədər azaldıb. Bu göstərici iyulda14,9 milyard dollar təşkil edirdi.
Qeyd edək ki, Çin, ABŞ qiymətli kağızlarına investisiya qoymaqda lider sayılır-1,165 trilyon dollar. İkinci yerdə Yaponiya-1,029 trilyon dollar, üçüncü yerdə isə Braziliya gəlir-317 milyard dollar.
Ümumilikdə isə bu ilin avqustunda dövlətlərin ABŞ istiqrazlarına yatırım həcmi 6,287 trilyon dollar təşkil edib.
Qeyd edək ki, ABŞ qiymətli kağızlarına fiziki və hüquqi şəxslər, eyni zamanda fondlar və investorlar nəzarət edir. Onlar ştatlara böyük borca görə yaranan xərcləri ödəməkdə kömək edir.