ABŞ əhalisinin 40%-i internetdə yayımlanan reklamları sevmir.
"Kommersant.az" xəbər verir ki, "eMarketer" analitik agentliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ABŞ-lı istifadəçilərin 42%-i hesab edir ki, internetdəki reklamlar maraqsız, zərərlidir və aqressivliyə səbəb olur. Sorğuda iştirak edənlərin 19%-nin fikrincə isə, reklamlar anlaşılmazdır və qorxu yaradır. Respondentlərin 11%-i bildirib ki, reklam blokları istifadəçilərin maraqlarını nəzərə almır.
Qeyd edək ki, sorğu bu ilin avqustunda, 1000 ABŞ vətəndaşı arasında keçirilib.