USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fərdi sahibkarların sayı milyona yaxınlaşır - ŞƏHƏRLƏRİN SİYAHISI

17.10.2018 İqtisadiyyat
0 0
2018-ci ilin oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 826 mini keçib.

Dövlət Statistika Komitəsindən "Kommersant.az" -a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 min nəfər çoxdur. Belə ki, ötən ilin 9 ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 786 min nəfər olub.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,1%), Aran (20,6%), GəncəQazax (13,8%) və Lənkəran (10,0%) iqtisadi rayonlarında qeydiyyata alınıb. Ötən il isə sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,3%), Aran (20,8%), GəncəQazax (14,5%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.