Avro-bölgədə avqust ayında 2% olan inflyasiya faizləri ötən ay 2,1-ə yüksəlib.
"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, Avropa Statistika Komitəsinin (Eurostat) yaydığı məlumatlara görə, 19 üzvlü avrozonada avqust ayında 2% olan illik inflyasiya faizləri sentyabrda 2,1%-ə yüksəlib. Bölgədə, sentyabr üçün olan ümumi əsas inflyasiya faizlərində isə 0,9% artım qeydə alınıb.
Avrozonada ötən ayın inflyasiya göstəricilərinin əsasını təşkil edən nüanslara nəzər yetirsək, illik inflyasiya 9,5% ilə energetika sektorunda müşahidə olunub.
Analoji olaraq 2,6% qida, spirtli içki və tütün məmulatlarında, 1,3% xidmət sektorunda, 0,3% isə sənaye məhsullarında qeydə alınıb. Bu hesablamalardan energetikaya aid göstəriciləri çıxsaq illik inflyasiya 1,3% təşkil edir.