"Kommersant.az" xəbər verir ki, "The Wall Street Journal"in məlumatına görə, "Facebook" səhmlərinə sahib olan investisiya fondları əvvəllər də Zukerberqin qalmaqal və çatışmazlıqlara görə öz postundan getməsinin vacibliyini vurğulayıblar. İnvestorlar təkliflərini Pensilvaniya, Rod-Aylend, İllinoys ştatlarının xəzinadarlıqlarına, eyni zamanda Nyu-York pensiya fondunun auditoru Skot Strinqerə göndərərək razılıq əldə ediblər.
Zukerberqin işindən uzaqlaşıb-uzaqlaşmayacağı isə 2019-cu ilin mayında keçiriləcək ümumi səsvermə əsasında məlum olacaq.
"The Wall Street Journal", "Facebook" qurucusunun investorlarla mübahisədən qalib çıxa biləcəyini də istisna etmir.