Oktyabrın 18-dən 19-na keçən gecə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 19-na keçən gecə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.