"Kommersant.az" xəbər verir ki, yeni rejim sayəsində siz əlaqədə qalmaqla, səssiz rejimə qoyduğunuz çatlardan mesaj qəbul etməyəcəksiniz. Tətbiqə girməklə həmin mesajları oxumaq mümkün olacaq.
Bu rejim istirahət edərkən yazışmalara vaxt ayırmaq istəməyən, ancaq əlaqədə qalmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Xatırladaq ki, "WhatsApp", bundan əvvəl Android üçün tətbiq versiyasına "şəkil şəkildə" funksiyasını əlavə etmişdi. Funksiya vasitəsilə istifadəçi çarxın üzərinə klikləməklə onu ekranın istənilən hissəsinə doğru hərəkət etdirə və "messenger"dən istifadəni davam etdirə bilir.