USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Balıq ovladı, 400 manat cərimələndi

19.10.2018 İqtisadiyyat
0 0
İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.