USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit həcmi bir həftəyə 12 milyard manat azalıb - TÜRKİYƏDƏ

19.10.2018 İqtisadiyyat
0 0
Bank sektorunun ümumi kredit həcmi, ötən həftə 38 milyard 868 milyon lirə (11 milyard 738 milyon 136 min manat) azalaraq 2 trilyon 621 milyard 161 milyon lirəyə (791 milyard 590 milyon 622 min manat) gerilədi.

"Kommersant.az" dünya mediasına istinadən xəbər verir ki, Bankların Tənzimlənməsi və Nəzarəti Təşkilatı (BDDK) tərəfindən yayımlanan həftəlik hesabata görə, sektorun kredit həcmi 12 oktyabrda bitən həftədə 38 milyard 868 milyon lirə azalıb. Qeyd olunan dövrdə ümumi kredit həcmi 2 trilyon 660 milyar 29 milyon lirədən 2 trilyon 621 milyard 161 milyon lirəyə düşüb.

Müvafiq dövr ərzində maliyyə sektoruna verilən kreditlərin cəmi 79 milyard 454 milyon lirə, maliyyə sektoru xaric ümumi kredit həcmi isə 2 trilyon 387 milyard 944 milyon lirə olub.

Bank sektorundakı ümumi depozit portfelində ötən həftə 9 milyard 946 milyon lirəlik azalaraq 2 trilyon 269 milyar 541 milyon lirəyə qədər gerilədiyi qeydə alınıb.

  • Əvvəlki

    "BakuBus"dan 500 manatlıq - TENDER ELANI

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0