"Kommersant.az" xəbər verir ki, şirkət idarəçiliyində baş verəcək dəyişiklik nəticəsində "Coca-Cola"nın yeni prezidenti, Avropa, Yaxın Şərq və Afrika əməliyyatları üzrə direktor Brayan Smit olacaq. O,öz səlahiyyətlərini 2019-cu ilin 1 yanvarından icra etməyə başlayacaq.
Qeyd edək ki, şirkətdə prezident və baş əməliyyat direktoru vəzifəsi 2017-ci ilin mayından etibarən boşdur. Həmin vaxt müvafiq postların rəhbəri Ceyms Kvinsi şirkətin baş direktoru seçilmişdi.
"Coca-Cola"nın Asiya-Sakit okean bölgəsi üzrə şöbəsinin prezidenti Con Merfi isə 2019-cu ilin 16 martından etibarən vitse-prezident və maliyyə direktoru postlarına təyinat alacaq.
Qeyd edək ki, "Coca-Cola" şirkəti 1892-ci ildə yaradılıb. Mənzil qərargahı Atlantada (Corciya ştatı) yerləşir. Şirkətin ən məşhur brendləri "Coca-Cola", "Fanta" və "Sprite"dır.